26 fevral 2026-cı il tarixdə Şərur Rayon İcra Hakimiyyəti tərəfindən Rayon Mədəniyyət Sarayında “Xocalı - Qan yaddaşımız” adlı ümumrayon tədbiri keçirilmişdir. Rayon İcra Hakimyyətinin başçısı Kamal Cəfərov və ictimaiyyət nümayəndələri sarayın foyesində təşkil edilmiş “Xocalı harayı” adlı pano abidənin önünə ehtiram əlaməti olaraq tər qərənfillər qoymuş, Xocalı həqiqətlərini özündə əks etdirən kitablardan, fotoşəkillərdən və əl işlərindən ibarət sərgiyə baxış olmuşdur. ...
ƏtraflıKeçirilən anım tədbirində Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, rayon ictimaiyyət nümayəndələri, hüquq mühafizə orqanları 20 Yanvar faciəsinin 36-cı ildönümü münasibətilə Şəhidlər xiyabanını ziyarət edib, məzarlar üzərinə tər qərənfillər düzərək, şəhidlərin əziz xatirəsini hörmətlə yad ediblər. Qeyd edək ki, mərasim iştirakçıları rayon mərkəzində yerləşən Kapitan Məhərrəm Seyidovun büstünü ziyarət edib ...
Ətraflı
Yanvarın 13-də “2025-ci ildə Şərur rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş hesabat tədbiri keçirilib. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 13-cü ərazi sektorunun müdiri Çingiz Əliyev və digər tədbir iştirakçıları Üm...
Ətraflı
Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil dövlətimizin qurucusu və Konstitusiyamızın banisi Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq, 12 dekabr 2025-ci il tarixində Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtira...
Ətraflı
Tədbirin əvvəlində Ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütünlüyü, eləcə də müstəqilliyi uğrunda canından keçmiş Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Tədbirin giriş nitqini Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov söyləmiş, “Rayonun sosial-iqtisadi inkişafının mövcud vəziyyəti” haqqında ətraflı çıxış etmişdir. Ardınca Naxçıvan Muxtar Respublikasının İqtisadiy...
Ətraflı