Şərur rayonunda Novruz bayramına həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir

Tədbirdə Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov, hüquq-mühafizə orqanları, Ali məclisin deputaları, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər və rayon sakinləri iştirak ediblər. Əvvəlcə Şərur rayonunun məktəbdənkənar müəssisələrinin dərnəkləri tərəfindən hazırlanmış əl işləri və xalq sənətkarlığı nümunələrindən ibarət sərgiyə baxış keçirilib,gənc idmançıların nümunəvi çıxışları böyük maraqla qarşılanıb.

 

Tədbirdə xonçalar, səmənilərlə bəzədilib, iştirakçılar üçün iaşə-xidmətləri yaradılıb, xalqımızın qədim ənənələrini, dəyərlərini, mətbəxini əks etdirən görüntülər tədbirə xüsusi rəng qatıb. Bayram ab-havasında bəzədilmiş meydana daxil olan Dədə Qorqudun bayram tonqalını alovlandırması və xalqımızı qədim el bayramı münasibətilə ürəkdən təbrik etməsi Novruz şənliyinin ən maraqlı məqamlarından biri olub

Novruzun əsas personajları olan Keçəl və Kosa tədbirə toplaşanları şənləndirib, xüsusilə uşaqlarla rəqs edərək onlara xoş ovqat bəxş ediblər

Tədbir Şərur Rayon Regional Mədəniyyət İdarəsi tərəfindən hazırlanan şən və rəngarəng konsert proqramı ilə davam etdirilib