20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar olaraq şəhidlərimizin xatirəsi Şərur rayonunda hörmətlə yad edilib

Keçirilən anım tədbirində Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, rayon ictimaiyyət nümayəndələri, hüquq mühafizə orqanları 20 Yanvar faciəsinin 36-cı ildönümü münasibətilə Şəhidlər xiyabanını ziyarət edib, məzarlar üzərinə tər qərənfillər düzərək, şəhidlərin əziz xatirəsini hörmətlə yad ediblər. Qeyd edək ki, mərasim iştirakçıları rayon mərkəzində yerləşən Kapitan Məhərrəm Seyidovun büstünü ziyarət edib önünə tər gül dəstələri düzüb, dərin ehtiramlarını bildiriblər. Gün ərzində rayon sakinləri tərəfindən Şərur şəhərindəki Şəhidlər xiyabanı ziyarət edilib. Saat 12:00-da şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.