
26 fevral 2026-cı il tarixdə Şərur Rayon İcra Hakimiyyəti tərəfindən Rayon Mədəniyyət Sarayında “Xocalı - Qan yaddaşımız” adlı ümumrayon tədbiri keçirilmişdir. Rayon İcra Hakimyyətinin başçısı Kamal Cəfərov və ictimaiyyət nümayəndələri sarayın foyesində təşkil edilmiş “Xocalı harayı” adlı pano abidənin önünə ehtiram əlaməti olaraq tər qərənfillər qoymuş, Xocalı həqiqətlərini özündə əks etdirən kitablardan, fotoşəkillərdən və əl işlərindən ibarət sərgiyə baxış olmuşdur.
.jpeg)

Tədbirə başlamazdan əvvəl ümummilli Lider Heydər Əliyevin, Xocalı soyqırımı qurbanlarının, torpaqlarımızın azadlığı, dövlətimizin suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Xocalı faciəsi haqqında çıxış edən natiqlər – Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Emin Şıxəliyev, Şəhid atası Əli İsmayılov vaxtı ilə erməni vandalları tərəfindən xalqımızın başına gətirilən müsibətlərdən, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev başda olmaqla xalq – dövlət – ordu birliyi sayəsində əldə olunan Zəfər və “Böyük Qayıdış” Proqramı çərçivəsində işğaldan azad edilmiş, abadlaşmış dədə - baba yurdlarına soydaşlarımızın məğrur ruhda dönüşündən bəhs etmişlər. Sonda “Xocalıya Qayıdış” adlı sənədli film nümayiş olunmuşdur.



