Tədbiri giriş sözü ilə açan Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov başda şəhid anaları olmaqla xanımları 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək onlara ən xoş arzularını ifadə edib.
Tədbir zamanı çıxış edənlər qadınların cəmiyyətin inkişafında mühüm rol oynadığını vurğulamış, onların elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə qazandıqları nailiyyətlərdən bəhs etmişlər. Bildirilmişlər ki, Azərbaycan qadınları tarix boyu ölkənin ictimai-siyasi və mədəni həyatında fəal iştirak etmiş, dövlətin inkişafına böyük töhfələr vermişlər.
Tədbir çərçivəsində şəhid ailələrinin üzvlərinə də diqqət göstərilib, onlara bayram münasibətilə hədiyyələr təqdim olunmuşdur. Sonda xatirə şəkli çəkdirilmişdir.
