Dekabrın 24-də Şərur rayonunun Xələc kəndində yeni məscid istifadəyə verilib. Açılış tədbirində iştirak edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli qeyd edib ki, məscidin həm “Heydər Əliyev İli” çərçivəsində, həm də belə bir əlamətdar gündə istifadəyə verilməsi böyük rəmzi məna daşıyır. Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyev hər zaman islami dəyərlərə hörmət və ehtiramla yanaşıb. Məscidləri...
Ətraflı
Şərur rayonunun Çərçiboğan kəndində 1-ci və 2-ci Qarabağ müharibəsi şəhidləri - Novruzov Elvin Ziyafət oğlu, Abbasov Ramiq İlyas oğlu, Məmmədov Faiq Yaqub oğlu, Novruzov Cavid Ələsgər oğlu, Süleymanov Ələddin Eldar oğlu, Novruzlu Pərviz Qorxmaz oğlu və Cabbarov Seymur İlham oğlunun xatirəsinə ucaldılmış bulaq-abidə istifadəyə verilib. Açılış tədbirində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, qazilər, şəhid ...
Ətraflı
Martın 15-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Şərur rayonunun Vərməziyar kəndində aparılan kompleks quruculuq işləri ilə tanış olub. Əvvəlcə yenidən qurulan Vərməziyar kənd tam orta məktəbi ilə tanışlıq olub. Sonra pedaqoji kollektivlə görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə və muxtar respublikada təhsil sahəsində həyata keçirdiyi tədbirlərdən, təhsil işçilərinə ol...
Ətraflı
Fevralın 23-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Şərur rayonunun Həmzəli və Axura kəndlərində aparılan kompleks quruculuq işləri ilə tanış olub. Əvvəlcə yenidən qurulan Həmzəli kənd tam orta məktəbi ilə tanışlıq zamanı məlumat verilib ki, ikimərtəbəli, 198 şagird yerlik məktəbdə 11 sinif otağı, fizika, kimya - biologiya laboratoriyaları, hərbi kabinə, STEAM kabinəsi, kitabxana, idman zalı, şahmat sin...
Ətraflı
Yanvarın 7-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Şərur rayonunda olub, sakinlərlə görüşüb, onların müraciətləri dinlənilib. Əvvəlcə rayon mərkəzindəki ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, gül dəstələri qoyulub. Sonra sakinlərin müraciətləri dinlənilib. Görüşdə 203 rayon sakininin şikayəti dinlənilib. Görüşdən sonra Şərur şəhərindəki şəhidlər xiyabanı ziyarət edilib. Yanvarın 9-d...
Ətraflı