10 may 2025-ci il tarixdə türk dünyasının iftixarı, dünya şöhrətli müdrik siyasi şəxsiyyət və görkəmli dövlət xadimi, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Şərur rayonunda tədbir keçirilib. Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucalan abidəsi önünə gül dəstələri düzülərək, xatirəsi ehtiramla yad olunub. Şərur şəhər Heydər Parkında Ulu Öndər Heydər Əliyevə həsr olunmuş sərgiyə baxış keçirildikdən sonra tədbir Şərur rayon Mədəniyyət İdarəsinin hazırladığı konsert proqramı ilə davam etmişdir.