Şərur rayonunun bir sıra kəndlərində abadlıq işləri aparılıb

Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərovun ötən dövr ərzində kəndlərdə apardığı səyyari vətəndaş qəbulları zamanı vətəndaşlar kənd və məhəllə yollarının təmirə ehtiyac olduğunu bildirərək, rayon rəhbərliyindən köməklik göstərilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Prezidentinin 05 iyun 2023- cü il tarixdə imzaladığı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncamını əldə rəhbər tutaraq regionun sosial inkişafının yüksəldilməsi, mövcud ehtiyacların təmin edilməsi, əhalinin rifah halının yaxşılaşdırılması məqsədilə “inkişafdan, komfortdan heç kimin geridə qalmaması” prinsipinə, ölkə prezidenti cənab İham Əliyevin qarşıya qoyduğu tapşırıqların icrasına yüksək səviyyədə nail olunmasına, vətəndaş məmnunluğunun təmin olunmasına əsaslanaraq bu istiqamətdə vacib addımlar atılmışdır. Tərəfimizdən “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” Publik Hüquqi Şəxsin qarşısında məsələ qaldırılmış, Şərur Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və adıçəkilən qurumun dəstəyi ilə rayonun Kərimbəyli, Xələc, Tumaslı, İbadulla, Dizə və Aşağı Aralıq kəndlərində yolların təmir və bərpası işlərinə artıq başlanılmışdır. Beləki, Kərimbəyli kəndində uzunluğu 570 m,  eni 6 m,  Tumaslı kəndində uzunluğu 500 m,  eni 6 m, İbadulla kəndində uzunluğu 200 m, eni 6 m, Dizə kəndində uzunluğu 1000 m, eni 5 m, Aşağı Aralıq kəndində uzunluğu 2300 m ,eni 8 m olan məhəllə yollarının, Tumaslı kəndində isə uzunluğu 1000 m , eni 6 m olan kənddaxili yolda hamarlanma işləri aparılmışdır. Eyni zamanda vətəndaşların müraciətlərinə əsasən uzunluğu 90 m, eni 40 m olan Xələc kənd stadionunda da hamarlanma işləri həyata keçirilmişdir.

Dövlətimizin verdiyi üstünlük və imkanlarımızın yaratdığı fürsətlərdən bəhrələnərək mövcud problemlərin aradan qaldırılması, əhalinin sosial həyat tərzinin yaxşılaşdırılması istiqamətində ənənə halını almış işlər bundan sonra da davam etdiriləcəkdir.