Şərur rayonunda Ümummilli Lider Heydər Əliyevin xatirəsi ehtiramla anılıb

Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil dövlətimizin qurucusu və Konstitusiyamızın banisi Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq, 12 dekabr 2025-ci il tarixində Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə  gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad etmişlər.

 

Tədbirin davamı olaraq Şərur Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Rayon Mərasim Evində Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə ehsan süfrəsi açılmışdır. Anım mərasimində çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolu və çoxşaxəli fəaliyyəti, Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri bir daha xatırlanmış, onun müəyyənləşdirdiyi müdrik və uzaqgörən siyasi kursun bu gün də ölkəmizin davamlı inkişafı, sabitliyi və beynəlxalq aləmdə nüfuzunun artmasında əsas rol oynadığı vurğulanmışdır.