Şərur rayonunda ağacəkmə aksiyası keçirilib

2025-ci il respublikamızda konstitusiya və suverenlik ili elan edilib. Bu münasibətlə muxtar respublikamızın bütün bölgələrində olduğu kimi Şərur rayonunda da ağacəkmə aksiyası keçirilir. Aksiyada torpaq-iqlim şəraitinə uyğun olaraq ərazidə hamarlama işləri aparılıb, suvarma məqsədilə arxlar çəkilib və ağacların yerləri hazırlanmışdır.



Yaşıllaşdırma aksiyası çərçivəsində Aşağı Yaycı kəndi ərazisində 3,7 hektar ərazidə 2 min 750 ədəd ərik və badam ağacları əkilib, əkilən ağaclara qulluq göstərilib, suvarılıb. Qeyd edək ki, “konstitusiya və suverenlik ili” çərçivəsində Şərur rayonunda keçirilən ilk aksiyanın məqsədi ekoloji davamlılıq, yaşıllıqların bərpası və genişləndirilməsi, ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların artırılmasına yönəltməkdir.