Şərur rayonunda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib



27 Sentyabr – Anım Günü münasibətilə Şərur rayonunda şəhidlərin əziz xatirəsi yad olunub. Rayon İcra Hakimiyyətinin başçısı cənab Kamal Cəfərov, idarə, müəssisə və təşkilat rəhbərləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, rayon ictimaiyyəti Şəhidlər Xiyabanını ziyarət ediblər. Ziyarət zamanı Vətən uğrunda canından keçən qəhrəman övladlarımızın məzarları üzərinə gül dəstələri qoyulub, ruhlarına dualar oxunub. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi daim ehtiramla anılır və xalqımızın yaddaşında yaşayır.