Şərur rayonunda 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib

2 fevral 2025-ci il tarixdə əvvəl ümumilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni oxunub. Tədbiri giriş sözü ilə Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Aysel Zeynalabdinova açaraq bütün gəncləri bu əlamətdar gün münasibətilə təbrik edib, onlara xoşbəxt gənclik, sağlamlıq və uğurlu gələcək arzulayıb.



Bildirib ki, Azərbaycanda gənclərlə bağlı dövlət siyasəti Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1996-cı il fevralın 2-də ilk dəfə dövlətimizdə Gənclər Forumunun keçirilməsi və daha sonra Ulu öndər Heydər Əliyevin imzaladığı sərəncamla 2 fevralın  Azərbaycan Gəncləri Günü elan edilməsi bunun bariz nümunəsidir. Digər çıxış edənlər bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü gənclərin yetişməsində dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıblar. Tədbirdə 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr edilmiş videoçarx nümayiş olunub. Sonra bir qrup gənc 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə rayonun ictimai həyatında fəal iştirakına və əldə etdiyi nailiyyətlərə görə fəxri fərmanla təltif ediliblər.