
Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov tərəfindən 2025-ci ilin III rübü ərzində vətəndaş məmnunluğunun təmin edilməsi, müraciətlərin yerində araşdırılması və mövcud problemlərin birbaşa həlli məqsədilə rayonun Cəlilkənd, Ərəbyengicə, Məmmədsabir, Sərxanlı, Çəmənli, Kürkənd, Kürçülü, Vərməziyar, Həmzəli, Axura, Yengicə, Şəhriyar və Qorçulu kəndlərində səyyar vətəndaş qəbulları keçirilmişdir. Qəbullar zamanı İcra Hakimiyyətinin məsul əməkdaşları, xidməti təşkilatların rəhbərləri, müvafiq kəndlərin icra nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.

Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov tədbir iştirakçılarını salamlayaraq ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işləri, həmçinin sosial-iqtisadi islahatlar barədə ətraflı məlumat verib. Bildirilib ki, Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu xətt ölkəmizdə dövlətçiliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Son illərdə ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində sosial rifahın yaxşılaşdırılması və regionların inkişafı istiqamətində mühüm addımlar atıldığını vurğulayıb, aparılan davamlı inkişaf siyasətinin vətəndaşların rifahının yüksəldilməsinə yönəldiyini qeyd edib. Çıxışda həmçinin Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbənin ölkəmizin hərbi və siyasi mövqeyini gücləndirdiyi, eləcə də dünya ictimaiyyətində ölkəmizə olan etimadı artırdığı bildirilib.
Rayon İcra Hakimiyyətinin başçısı həmçinin “2023–2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində və bu proqramı əhatə edən Təfsilatı Tədbirlər Planına uyğun olaraq muxtar respublikada, o cümlədən Şərur rayonunda həyata keçirilən islahatlardan, aparılan geniş abadlıq işlərindən bəhs etmişdir. 2025-ci ildən etibarən nəzərdə tutulan tədbirlərin icrasının daha da sürətləndirildiyini qeyd etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü ilə əlaqədar olaraq, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsindən bəhs etmiş, xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirdiyini, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəlilədiyini bildirmişdir.