
11 iyun 2025-ci il tarixdə şəhid (itkin) Vəlizadə İbrahim Səməd oğlunun doğum günü münasibəti ilə Şərur rayon şəhidlər xiyabanında tədbir keçirilmişdir. Tədbirdə Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov, Əlahiddə Ümumqoşun Ordunun komandanı general-mayor Kənan Seyidov, Şərur Rayon Polis İdarəsinin rəisi polkovnik Orxan Axundzadə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, Şərur Rayon Polis İdarəsinin əməkdaşları, şəhid ailələri, rayon ictimaiyyəti, Şəhid ailələri ictimai birliyinin sədri, qazilər, Vərməziyar kənd sakinləri, Vərməziyar kənd tam orta məktəbin kollektivi və hərbiçilər iştirak etmişdirlər.

Tədbir zamanı Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov çıxış edərək şəhidimizin keçdiyi döyüş yolu və qəhrəmanlıqları haqqında danışmışdır. Daha sonra digər çıxışlar dinlənilmiş və şəhidimizin xatirəsi ehtiramla yad edilmişdir.
