
.jpeg)
27 Sentyabr – Anım Günü ilə bağlı Şərur Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində genişmiqyaslı ağacəkmə aksiyası keçirilib.
Aksiyada Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov, icra hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Ağacəkmə aksiyasının keçirilməsində məqsəd Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmək, eyni zamanda, rayon ərazisində yaşıllıqların artırılmasına və ətraf mühitin mühafizəsinə töhfə vermək olub
2.jpeg)
Aksiya zamanı ərazidə 200-dən artıq meyvə və digər növ ağac əkilib. İştirakçılar tərəfindən ağacların əkilməsi ilə yanaşı, onların gələcəkdə qorunması və düzgün qulluq göstərilməsi ilə bağlı müvafiq tədbirlər də həyata keçirilib
.jpeg)
.jpeg)
.jpeg)