22-23 may 2025-ci il tarixlərində “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib

Şərur Rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Fövqəladə Hallar üzrə Komissiyanın təşkilatçılığı ilə 22-23 may 2025-ci il tarixlərində “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarəedilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilmişdir. Təlimdə mülki müdafiə planına uyğun olaraq fövqəladə hallar zamanı operativ idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili məqsədilə aidiyyəti qurumların iştirakı təmin edilmişdir.

Təlim zamanı aidiyyəti dövlət qurumları və təşkilatlar fövqəladə halların idarə edilməsi prosesinə yüksək səviyyədə inteqrasiya olunmuş, operativ fəaliyyət göstərmiş və üzərlərinə düşən öhdəlikləri vaxtında icra etmişlər. Xüsusilə rayon Polis İdarəsinin əməkdaşlarının fəaliyyəti təqdirəlayiq olmuşdur. Polis qrupları nəqliyyat vasitələrinin idarə edilməsi, xilasetmə əməliyyatlarının koordinasiyası, ərazinin mühafizəsi və talançıların zərərsizləşdirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər görmüşdürlər. Eyni zamanda, yanğınsöndürmə xidmətləri, tibb heyəti, hüquq-mühafizə orqanları və digər müvafiq qurumlar real şəraitə uyğun təlimdə geniş iştirak edərək fövqəladə halların qarşısının alınması və nəticələrinin minimuma endirilməsi üçün birgə çalışmışdırlar.