“20 Yanvar faciəsinin 35-ci ildönümü" ilə əlaqədar olaraq Şərur rayon kənd qəbiristanlıqlarında dəfn olunan şəhidlərimizin məzarları Şərur Rayon İcra Hakimiyyətinin rəhbər heyəti və əməkdaşları tərəfindən ziyarət olunub

20 yanvar 2025-ci il tarixdə Şərur rayon kənd qəbiristanlıqlarında dəfn olunan Şəhidlərimizin məzarları Şərur Rayon İcra Hakimiyyətinin rəhbər heyəti və əməkdaşları tərəfindən ziyarət olunmuşdur. “20 Yanvar faciəsinin 35-ci ildönümü" ilə əlaqədar əvvəlcə Ümummilli Lideri Heydər Əliyevin, 20 Yanvar şəhidlərinin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.



20 Yanvar hadisələrinin müstəqillik tariximizdə oynadığı mühüm roldan bəhs ediblər. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verən hadisələr Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilməyib. Tədbir iştirakçıları çıxışlarında o da vurğulanıb ki, 2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş hərbi əməliyyatların zəfərlə nəticələnməsi azadlıq uğrunda canlarını fəda edən şəhidlərimizin, o cümlədən 20 Yanvar şəhidlərinin ruhlarını şad edib, onların qisası alınıb.