17 oktyabr 2025-ci il tarixdə Şərur Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə sahibkarlarla görüş keçirilmişdir.

Tədbirin əvvəlində Ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütünlüyü, eləcə də müstəqilliyi uğrunda canından keçmiş Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Tədbirin giriş nitqini Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov söyləmiş, “Rayonun sosial-iqtisadi inkişafının mövcud vəziyyəti” haqqında ətraflı çıxış etmişdir. Ardınca Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Kazım Hüseynəliyev muxtar respublikada “Ümumu iqtisadi mənzərə və perspektivlər” haqqında, Sahibkarlğın İnkişafı Fondunun idarə heyyətinin sədri Vüsal Novruzov “Mövcud maliyyələşmə imkanları” haqqında, Sahibkar Yusif Quliyev isə öz fəaliyyəti haqqında ətraflı çıxışlar etmişdirlər.

 

Tədbirin ikinci hissəsində Nazirlik və tabeli qurumlarının şöbə müdirləri “Regionun inkişafında prioritet layihələr”, “Dəstək mexanizmləri” və “Güzəştli kreditlərin verilməsi qaydaları” barədə təqdimatlar etmişdir. Görüşün son hissəsində isə “Açıq mikrofon”- İnteraktiv müzakirə təşkil olunmuş, sahibkarların sualları ətraflı cavablandırılmışdır.