
Qəbuldan əvvəl Agentliyin sədri Səfəralı Nəsirov və Şərur Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Səfər Hüseynov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb və xatirəsini ehtiramla yad ediblər. Daha sonra NQTA-nın məsul əməkdaşlarının iştirakı ilə keçirilmiş qəbulda, vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülmüşdür.
