
Görüşdə Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı naziri Rəfail Quliyev, Şərur Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Səfər Hüseynov, digər aidiyyəti qurumun əməkdaşları və rayon fermerləri iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan Şərur Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Səfər Hüseynov Kənd Təsərrüfatı nazirinin gəlişini müsbət qiymətləndirmiş, rayonumuza göstərdiyi diqqətə görə nazirə təşəkkürünü bildirmiş, bu gəlişin rayonumuzda kənd təsərüffatının müxtəlif sahələrinin dinamik inkişafına töhfə verəcəyi bildirilmişdir.

Rayonumuzda fəaliyyət göstərən fermerlərə daim dəstək göstərildiyini və onların təsərrüfatlarını inkişaf etdirməsi üçün Kənd Təsərrüfatı Nazirliyi ilə qarşılıqlı işləməyin daha əlverişli olduğunu qeyd etmişdir. Tədbirdə çıxış edən Kənd Təsərrüfatı naziri Rəfail Quliyev bildirib ki, Muxtar Respublikanın ən böyük aqrar rayonu olan Şərur rayonunda innovativ suvarma sistemlərinin tətbiqi, eyni zamanda bir sıra dövlət proqramlarının icrası ilə bağlı təkliflərin hazırlanması və fermerlərə dəstək göstərilməsi bugün qarşıya qoyulan əsas vəzifələrdən biridir. Qeyd olunub ki, tədbirin əsəs məqsədi fermerlərin təkliflərini dinləmək və onlara lazımi köməklik göstərməkdir. Tədbirin sonunda fermerləri maraqlandıran suallar cavablandırılmış və bəzi məsələlərlə bağlı araşdırılma aparıldıqdan sonra məlumat veriləcəyi bildirilmişdir.