11 aprel 2025-ci il tarixində Şərur Rayon İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə seminar-müşavirə keçirilib

Seminar-müşavirədə Şərur rayon Prokurorluğu, Polis İdarəsinin əməkdaşları, İnzibati ərazi Dairəsi üzrə nümayəndələr, Bələdiyyələr, Meliorasiya və Su Sistemləri İdarəsinin, Mənzil İstismar Sahəsinin, Kommunal Müəssisələr Kombinatının, Qaz İstismar İdarəsinin, Rabitə İdarəsi və Elektrik Şəbəkəsinin rəhbərləri və digər cavabdeh vəzifəli şəxslər iştirak etmişdir.

 

Şərur Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Səfər Hüseynov seminar-müşavirəni giriş sözü ilə açmış, daha sonra isə Muxtar Respublika ərazisində yanğın təhlükəsizliyin etibarlı təmin olunmasında Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər, qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyətlərdə, əkin-otlaq sahələrində yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsində yerli özünüidarəetmə orqanlarının eləcə də vətəndaşların üzərinə düşən vəzifələr, onların hüquq və vəzifələri, ehtimal edilən digər fövqəladə hadisələrin qarşısının alınması məqsədilə görüləcək qabaqlayıcı tədbirlər haqqında çıxışlar dinlənilmişdir.