2025-ci ildə Şərur rayonunun sosial-iqtisadi inkişafı
Şərur rayonunda çoxşaxəli iqtisadiyyatın formalaşdırılması, yeni istehsal və xidmət sahələrinin yaradılması və sosial sahənin inkişafı üzrə həyata keçirilən tədbirlər 2025-ci ildə də davam etdirilmişdir. Ötən illə müqayisədə 2025-ci ildə ümumi məhsul istehsalı 1,6 faiz, sənaye məhsulu 16,6 faiz, kənd təsərrüfatının ümumi məhsulu 1 faiz, informasiya və rabitə xidmətləri 34,1 faiz azalmış, əsas kapitala yönəldilən vəsaitlərin dəyəri 12.6 faiz, pərakəndə ticarət dövriyyəsi 3,9 faiz və əhaliyə göstərilən ödənişli xidmətlər 0,4 faiz artmışdır.
2025-ci ildə Şərur rayonunun iqtisadi və sosial inkişafının əsas göstəriciləri:
|
Göstəricinin adı |
2025-ci ildə, faktiki |
2024-cü ilə nisbətən, faizlə |
|
Ümumi məhsul buraxılışı, min manat |
304748,7 |
98,4 |
|
Sənaye məhsulu, min manat |
25101,8 |
83,4 |
|
Əsas kapitala yönəldilmiş vəsaitlər, min manat ondan tikinti-quraşdırma işləri |
28569,4 20437,4 |
112,6 83,8 |
|
Kənd təsərrüfatı məhsulu, min manat |
159063,6 |
99,0 |
|
Nəqliyyat sektorunda yük daşınması, min ton |
1601,5 |
101,1 |
|
Nəqliyyat sektorunda sərnişin daşınması, min sərnişin |
7569,5 |
101,2 |
|
İnformasiya və rabitə xidmətləri, min manat |
818,8 |
65,9 |
|
Pərakəndə ticarət dövriyyəsi, min manat |
276000,7 |
103,9 |
|
Əhaliyə göstərilən ödənişli xidmətlər, min manat |
45255,6 |
100,4 |
|
Orta aylıq nominal əməkhaqqı (2025-ci ilin yanvar-dekabr ayları), manat |
683,9 |
104,0 |
Ümumi məhsul buraxılışı
Şərur rayon iqtisadiyyatında 2025- ci ildə məhsul istehsalının ümumi həcmi 304 milyon 748 min 700 manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz azdır.
|
Göstəricilərin adı |
2025-ci ildə faktiki qiymətlərlə, min manat |
|
Sənaye |
25101,8 |
|
Tikinti-quraşdırma |
20437,4 |
|
Kənd təsərrüfatı |
159063,6 |
|
Nəqliyyat və anbar təsərrüfatı |
11006,9 |
|
İnformasiya və rabitə |
818,8 |
|
Ticarət |
88320,2 |
|
YEKUN |
304748,7 |
Ümumi məhsul buraxılışının strukturu
Sənaye
Şərur rayonu üzrə 2025- ci ildə istehsal olunmuş sənaye məhsulunun və sənaye xarakterli xidmətlərin dəyəri 25 milyon 101 min 800 manat təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sənaye məhsulu istehsalı 16,6 faiz azalmışdır.
İstehsal olunmuş məhsulun və göstərilmiş xidmətlərin 80,3 faizi emal sənayesinin, 18,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı , bölüşdürülməsi, təсhizatı, 1,4 faizi isə su təchizatı; tullantıların təmizlənməsi və emalı sahəsinin payına düşür.
Sənaye məhsulu istehsalının sahə strukturu
Emal sənayesində 2025- ci ildə 20 milyon 146 min 400 manat dəyərində məhsul istehsal olunmuşdur .
Emal sənayesinin fəaliyyət növləri üzrə məhsul buraxılışı
|
Fəaliyyət növlərinin adı |
2025-ci ildə istehsal edilmişdir, min manat |
2024-cü ildə istehsal edilmişdir, min manat |
|
Emal sənayesi – cəmi |
20146,4 |
19247,1 |
|
qida məhsullarının istehsalı |
16132,8 |
15933,4 |
|
içki istehsalı |
1305,9 |
1284,2 |
|
geyim istehsalı |
162,6 |
70,8 |
|
rezin və plastik kütlə məmulatlarının istehsalı |
45,0 |
72,0 |
|
tikinti materiallarının istehsalı |
1425,9 |
1254,3 |
|
mebellərin istehsalı |
1048,2 |
632,4 |
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2025- ci ildə 4 milyon 592 min 600 manat dəyərində məhsul istehsal olunmuş və xidmətlər göstərilmiş, əvvəlki illə müqayisədə 30,6 faizlik azalma qeydə alınmışdır. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 362 min 800 manat təşkil etmişdir.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı; su təchi-zatı, tullantıların təmizlənməsi və emalı sektorlarında məhsul buraxılışı
|
Fəaliyyət növlərinin adı |
2025-ci ildə istehsal edilmişdir, min manat |
2024-cü ilə nisbətən, faizlə |
|
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı |
4592,6 |
69,4 |
|
Su təchizatı, tullantıların təmizlənməsi və emalı |
362,8 |
- |
İstehsal edilmiş sənaye məhsulunun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla rayonun sənaye müəssisələrinin anbarlarında 1 yanvar 2026-ci il vəziyyətinə 6 min 800 manat dəyərində hazır məhsul qalmışdır.
Tikinti-quruculuq
Şərur rayonunda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün 2025- ci ildə bütün maliyyə mənbələrindən əsas kapitala 28 milyon 569 min 400 manat vəsait yönəldilmişdir. Tikinti-quraşdırma işlərində istifadə olunmuş vəsaitin dəyəri 20 milyon 437 min 400 manat təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilən investisiyaların həcmi 12,6 faiz artmış və tikinti- quraşdırma işlərində istifadə olunmuş vəsaitin dəyəri 16,2 faiz azalmışdır.
Əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi və mənzillərə olan artan tələbatın ödənilməsi məqsədilə Şərur şəhərində “Arkoz İnşaat Şirkəti “ Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Avtovağzal binası və zirzəmisi ilə birlikdə 6 mərtəbədən ibarət olan 40 mənzilli yaşayış binasının, “NN Residence” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa ediləcək 6 yaşayış binasından və uşaq bağçasından ibarət olacaq yaşayış kompleksində isə üç yaşayış binasının tikinti işləri yekunlaşmışdır. Əlavə olaraq Şərur şəhərində M.Müşviq küçəsində yerləşən 12 yaşayış binası və rayonun Gümüşlü kəndində yerləşən 2 yaşayış binasının əsaslı təmiri yekunlaşaraq sakinlərin istifadəsinə verilmişdir. Bundan əlavə Şərur şəhərində DOST Mərkəzi filialının binasının əsaslı təmiri və Yanacaq Doldurma Məntəqəsinin tikintisi davam etdirilmişdir. Rayonun Kərimbəyli, Dərəkənd, Sərxanlı kəndlərində mərasim evlərinin tikintisi başa çatdırılmış, Xanlıqlar kəndində məscidin tikintisi davam etdirilmişdir.
Hesabat dövründə ötən ilin müvafiq dövrü ilə müqayisədə fərdi yaşayış evlərinin tikintisində də artım qeydə alınmışdır. Rayonda əhalinin şəxsi vəsaiti hesabına kənd yerlərində 217 və Şərur şəhərində 18 ev olmaqla 235 ev tikilib istifadəyə verilmişdir. 2025-ci ildə 36253,2 kvadratmetr yaşayış evi istifadəyə verilmişdir ki, bu da 2024-cü illə müqayisədə 36,2 faiz çoxdur. Yaşayış sahəsinin 33896,9 kvadratmetri kənd yerlərinin , 2356,3 kvadratmetri isə şəhər yerinin payına düşür.
Şərur rayonunda istehsal və xidmət sahələri
Hesabat dövründə Şərur şəhərində üç ticarət sahəsinin;
- Şərur şəhərində və Zeyvə kəndində hər birində bir tikinti materiallarının istehsalı sahəsinin;
- Şərur şəhərində və Yengicə kəndində hər birində bir idman zalının;
- Məmmədsabir kəndində uşaq bağçasının;
- Şərur şəhərində avtomobil və avtomobil hissələrinin satışı sahəsinin;
- Şərur şəhərində xidmət sahəsinin;
- Şərur şəhərində ticarət və iaşə xidməti sahəsinin;
- Tumaslı kəndində çörək sexinin, avtotəmir, iaşə və xidmət sahəsinin;
- Cəlilkənd, Düdəngə, Xanlıqlar və Yengicə kəndlərinin hər birində bir ticarət sahəsinin;
- Xanlıqlar kəndində avtoyuma məntəqəsinin;
- Şərur şəhərində və Dərəkənd kəndində hər birində bir bərbərxananın;
- Dizə kəndində avtotəmir sexinin;
- Düdəngə kəndində avtotəmir və xidmət sahəsinin;
- Düdəngə kəndində avtoservis, iaşə və xidmət sahəsinin;
- Xələc, Ələkli və Çərçiboğan kəndlərinin hər birində bir mağazanın;
- Şərur şəhərində avtomobil təmiri sahəsinin;
- Vərməziyar kəndində iaşə və avtotəmir xidməti sahəsinin;
- Qorçulu kəndində şirniyyat sexinin, iaşə və xidmət sahəsinin;
- Qarxun kəndində üç, Şərur şəhərində, Qorçulu, Tumaslı, Yengicə və Xanlıqlar kəndlərinin hər birində bir iaşə xidməti sahəsinin;
- Cəlilkənd kəndində avtomobil ehtiyat hissələrinin satışı, avtoservis və iaşə xidməti sahəsinin;
- Muğancıq-Mehrab kəndində soyuducu anbarın;
- Muğancıq-Mehrab kəndində avtotəmir sahəsinin;
- Kürçülü və Kosacan kəndlərinin hər birində bir heyvandarlıq təsərrüfatının yaradılması;
- Şərur şəhərində şadlıq sarayının əsaslı təmiri;
- Şərur şəhərində un məmulatlarının istehsalı sahəsinin;
- Yengicə kəndində meyvə qurusu istehsalı sahəsinin;
- Danyeri kəndində yükdaşıma xidmətinin;
- Xanlıqlar kəndində beş, Xələc kəndində üç, Arbatan, Çərçiboğan və Çəmənli kəndlərinin hər birində iki, Danyeri, Diyadin, Qarahəsənli, Oğlanqala, Dizə, Stansiya Daşarx, Havuş, Zeyvə, Çomaxtur, Babəki, Dərvişlər, Siyaqut və Aşağı Yaycı kəndlərinin hər birində bir heyvandarlıq təsərrüfatının genişləndirilməsi başa çatdırılmışdır.
Bu dövr ərzində Şərur şəhərində ticarət sahəsinin;
- Şərur şəhərində yanacaqdoldurma məntəqəsinin;
- Şərur şəhərində şirniyyat istehsalı və iaşə xidməti sahəsinin;
- Düdəngə və Yengicə kəndlərinin hər birində bir iaşə və xidmət sahəsinin;
- Şərur şəhərində idman zalının;
- Yuxarı Daşarx kəndində iaşə və xidmət sahəsinin;
- Zeyvə kəndində avtotəmir, iaşə və xidmət sahəsinin;
- Xanlıqlar kəndində avtoservis, iaşə və xidmət sahəsinin;
- Xanlıqlar kəndində çörək sexinin və unlu məmulatların istehsalı sahəsinin;
- Şərur şəhərində və Püsyan kəndində hər birində bir mağazanın;
- Kərimbəyli və Yuxarı Aralıq kəndlərinin hər birində bir iaşə xidməti sahəsinin;
- Yengicə kəndində istixananın;
- Xələc kəndində heyvandarlıq təsərrüfatının;
- Kürkənd, Çəmənli və Kürçülü kəndlərinin hər birində bir soyuducu anbarın yaradılması;
- Məmmədsabir kəndində turizm sahəsinin;
- Düdəngə kəndində kağız dəsmal istehsalı sahəsinin;
- Xələc, Kürçülü və Qarxun kəndlərinin hər birində iki, Xanlıqlar, Maxta, Kosacan, Ərəbyengicə, Muğancıq Müslüm, Oğlanqala, Oğuzkənd, Tənənəm, Xətai, Arbatan və Məmmədsabir kəndlərinin hər birində bir heyvandarlıq təsərrüfatının genişləndirilməsi;
- Mahmudkənd və Arpaçay kəndlərinin hər birində bir istixana təsərrüfatının inkişafı davam etdirilmişdir.
Kənd təsərrüfatı
Şərur rayon iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatının inkişafı və əhalinin yerli məhsullara olan tələbatının ödənilməsi istiqamətində də ötən dövr ərzində işlər davam etdirilmişdir. 2025-ci ildə Şərur rayonunda 159 milyon 63 min 600 manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmişdir ki, bu da 2024-cü illə müqayisədə 1 faiz azdır.
Kənd təsərrüfatı məhsulu haqqında
min manat
|
Sahələr |
2025-ci il |
2024-cü ilə nisbətən, faizlə |
|
Heyvandarlıq |
49 602,6 |
95,1 |
|
Bitkiçilik |
109 461,0 |
100,9 |
|
Kənd təsərrüfatı üzrə cəmi məhsul istehsalı |
159 063,6 |
99,0 |
Rayonda 2025-ci ilin məhsulu üçün 11143.3 hektar sahədə əkin aparılmışdır. Əkin sahəsinin 2469,9 hektarını dənli və dənli-paxlalı bitgilər, 739,9 hektarının dən üçün qarğıdalı, 1017,9 hektarını tərəvəz bitgiləri, 71,7 hektarını ərzaq üçün bostan bitgiləri, 589,3 hektarını kartof, 649,6 hektarını cari ildə əkilmiş çoxillik otlar, 5605,0 hektarını əvvəlki illərdə əkilmiş çoxillik otlar təşkil edir.
Şərur rayonunda məhsul yığımı başa çatmışdır. 2025-ci ildə əkin sahələrindən 8467,8 ton dənli və dənli paxlalılar, 6318,7 ton dən üçün qarğıdalı, 18594,3 ton tərəvəz, 17825,8 ton kartof, 892,0 ton bostan məhsulları, 15716,2 ton meyvə və giləmeyvə, 516 ton üzüm yığılmışdır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə dənli və dənli paxlalılar istehsalı 20,8 faiz, kartof istehsalı 12,1 faiz, bostan məhsulları istehsalı 28,5 faiz azalmış, dən üçün qarğıdalı istehsalı 81,9 faiz , tərəvəz istehsalı 2,7 faiz, meyvə və giləmeyvə istehsalı 1,2 faiz artmış, üzüm istehsalı 2,0 faiz artmışdır.
Kənd təsərrüfatının ümumi məhsulunun strukturu
1 yanvar 2026-cı il tarixə rayonun bütün təsərrüfat kateqoriyalarında iribuynuzlu mal-qaranın sayı 20 min 650 baş, qoyun və keçilərin sayı isə 73 min 134 baş, quşların sayı 117 min 551 ədəd, arı ailələrinin sayı isə 7 min 346 vahid olmuşdur. Ötən illə müqayisədə rayon üzrə qoyun və keçilərin sayında 10418 baş, quşların sayında 11689 ədəd , iribuynuzlu mal-qaranın sayında 833 baş, arı ailələrinin sayında isə 697 vahid azalma qeydə alınmışdır.
1 yanvar 2026-cı il tarixə Şərur rayonu üzrə inzibati ərazi dairələrində olan mal-qaranın, quşların və arı ailələrinin sayı
|
S/S |
İnzibati ərazi dairələri |
İribuynuzli mal-qara |
Qoyun və keçilər |
Quşlar |
Arı ailələri |
|
1 |
Püsyan |
1391 |
5649 |
5650 |
82 |
|
2 |
Danyeri |
529 |
3605 |
3218 |
451 |
|
3 |
Xanlıqlar |
1075 |
10017 |
2304 |
12 |
|
4 |
Ələkli |
350 |
170 |
650 |
15 |
|
5 |
Vərməziyar |
306 |
611 |
1950 |
0 |
|
6 |
İbadulla |
346 |
210 |
2288 |
0 |
|
7 |
Qışlaqabbas |
346 |
605 |
2093 |
21 |
|
8 |
Tumaslı |
784 |
1773 |
2393 |
110 |
|
9 |
Ərəbyengicə |
295 |
305 |
1484 |
38 |
|
10 |
Siyaqut |
266 |
1342 |
2267 |
9 |
|
11 |
Tənənəm |
258 |
3750 |
950 |
190 |
|
12 |
Kosacan |
403 |
526 |
1691 |
20 |
|
13 |
A.Daşarx |
470 |
2152 |
1484 |
4 |
|
14 |
Y.Daşarx |
180 |
210 |
918 |
147 |
|
15 |
Dərəkənd |
523 |
3770 |
1785 |
40 |
|
16 |
Dizə |
300 |
1505 |
823 |
165 |
|
17 |
Axura |
448 |
2004 |
1870 |
410 |
|
18 |
Həmzəli |
107 |
550 |
704 |
89 |
|
19 |
Y.Yaycı |
195 |
45 |
500 |
182 |
|
20 |
A.Yaycı |
466 |
614 |
1675 |
50 |
|
21 |
Oğlanqala |
393 |
2905 |
3020 |
390 |
|
22 |
Cəlilkənd |
107 |
2908 |
430 |
18 |
|
23 |
Mahmudkənd |
726 |
3902 |
2811 |
2003 |
|
24 |
Düdəngə |
438 |
3126 |
3800 |
245 |
|
25 |
Zeyvə |
427 |
3315 |
26250 |
110 |
|
26 |
Maxta |
472 |
742 |
3009 |
180 |
|
27 |
Axaməd |
465 |
890 |
2390 |
28 |
|
28 |
Kərimbəyli |
680 |
820 |
1800 |
33 |
|
29 |
Şəhriyar |
219 |
577 |
1362 |
32 |
|
30 |
Muğanlı |
317 |
861 |
1317 |
16 |
|
31 |
Qorçulu |
267 |
1030 |
1100 |
0 |
|
32 |
Kürkənd |
280 |
351 |
961 |
0 |
|
33 |
Kürçülü |
203 |
208 |
1425 |
24 |
|
34 |
Yengicə |
350 |
1130 |
2378 |
150 |
|
35 |
Alışar |
354 |
1220 |
850 |
0 |
|
36 |
Xələc |
522 |
696 |
1214 |
36 |
|
37 |
Çomaxtur |
1290 |
1870 |
3000 |
80 |
|
38 |
Dərvişlər |
149 |
35 |
490 |
0 |
|
39 |
Çərçiboğan |
730 |
1200 |
5020 |
26 |
|
40 |
Arbatan |
207 |
171 |
738 |
52 |
|
41 |
Çəmənli |
619 |
1210 |
3465 |
17 |
|
42 |
Qarahəsənli |
419 |
305 |
1526 |
20 |
|
43 |
Y.Havuş |
189 |
2155 |
1900 |
236 |
|
44 |
Havuş |
36 |
0 |
65 |
280 |
|
45 |
Qarxun |
357 |
53 |
2050 |
97 |
|
46 |
M.Mehrab |
250 |
664 |
1200 |
288 |
|
47 |
Sərxanlı |
180 |
303 |
748 |
4 |
|
48 |
A.Aralıq |
158 |
171 |
2167 |
223 |
|
49 |
Y.Aralıq |
205 |
170 |
1072 |
43 |
|
50 |
Məmmədsabir |
183 |
280 |
1666 |
125 |
|
51 |
Gümüşlü |
385 |
421 |
510 |
280 |
|
52 |
Şərur Şəhəri |
35 |
32 |
1120 |
275 |
|
|
Cəmi |
20650 |
73134 |
117551 |
7346 |
2024-cü illə müqayisədə 2025-ci ildə iribuynuzlu mal-qaranın sayında ən çox artım Püsyan, Dizə, Xələc, Muğanlı və Kürkənd kənd inzibati ərazi dairələrində, azalma isə Arbatan, Mahmudkənd, Yengicə, Xanlıqlar və Muğancıq Mehrab kənd inzibat ərazi dairələrində olmuşdur. Qoyun və keçilərin sayında ən çox artım Danyeri, Püsyan , Qorçulu, Tənənəm və Maxta kənd inzibat ərazi dairələrində, azalma isə Mahmudkənd, Yeni Havuş, Zeyvə, Düdəngə və Dərəkənd kənd inzibat ərazi dairələrində qeydə alınmışdır. Bundan əlavə quşların sayında ən çox artım Düdəngə, Maxta, Siyaqut və Danyeri, azalma isə Zeyvə, Oğlanqala, Kürçülü, Dizə və Kərimbəyli kənd inzibati ərazi dairələrində, arı ailələrinin sayında artım Yuxarı Daşarx, Düdəngə və Yuxarı Aralıq, azalma Danyeri, Muğancıq Mehrab və Yeni Havuş kənd inzibati ərazi dairələrində olmuşdur.
2025-ci ildə Şərur rayonunda diri çəkidə 5582,9 ton ət, 20334 ton süd, 15895 min ədəd yumurta, 191 ton yun istehsal edilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 5,9 faiz, süd istehsalı 4,2 faiz azalmış, yumurta istehsalı 0,3 faiz, yun istehsalı isə 14,4 faiz artmışdır.
Şərur rayonunda heyvandarlıq məhsulları istehsalı aşağıdakı cədvəldə öz əksini tapmışdır:
|
Məhsulların adı |
2025-ci il |
2024-cü il |
analoji nisbət, faizlə |
|
Ət (diri çəkidə), ton |
5 582,9 |
5 934,3 |
94,1 |
|
Süd, ton |
20 334,0 |
21 226,0 |
95,8 |
|
Yumurta, min ədəd |
15 895,0 |
15 847,0 |
100,3 |
|
Yun, ton |
191,0 |
167,0 |
114,4 |
Əsas növ heyvandarlıq məhsulları istehsalı
Rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün süni mayalanma tədbirlərinin həyata keçirilməsi 2025- ci il ərzində də davam etdirilmişdir. Belə ki, 4894 süni mayalanma həyata keçirilmiş, əvvəlki dövrlərdə mayalandırılmış inək, düyə və camışlardan 3328 baş sağlam bala alınmışdır.
Su təchizatı
Şərur rayonunda torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması və qrunt sularının səviyyəsinin aşağı salınması məqsədilə Meliorasiya İdarəsi tərəfindən ötən dövr ərzində ayrı – ayrı kəndlərdə 90.5 km uzunluğunda 116,2 min kub metr həcmində beton torpaq kanal, 31,3 km uzunluğunda və 73,2 min kub metr həcmində kollektor lildən təmizlənmişdir. Bununla yanaşı ümumi uzunluğu 52 km uzunluğunda və 29,9 min kub metr həcmində olan ara arxları da lildən təmizlənmişdir.
Rayon üzrə 0,42 km içməli su xəttində təmir-bərpa işləri aparılmış və 0,34 km uzunluğunda yeni içməli su xətti çəkilmişdir. suvarma boru xətlərində, 0,15 km açıq drenajda təmir-bərpa işləri aparılmışdır. Həmçinin ümumilikdə 0,4 km məsafədə nasos stansiyalarının təzyiqli boru xətlərində, 1,4 km məsafədə isə suvarma boru xətlərində təmir-bərpa işləri aparılmışdır.
Kollektorun lildən təmizlənməsi nəticəsində 373 ha sahədə qrunt sularının səviyyəsi aşağı salınmışdır. 87 ədəd yeni sayğac quraşdırılmış, subartezyan quyularına 6 ədəd paylayıcı quraşdırılmış və 3 ədəd kanal su qapısı təmir edilmişdir.
Nəqliyyat
Əhalinin artan tələbatına uyğun olaraq müasir yol - nəqliyyat sisteminin qurulması və səmərəli idarə olunması istiqamətində tədbirlər 2025- ci ildə də davam etdirilmiş, Yuxarı Yaycı, Axaməd 17 kənddaxili avtomobil yollarına 5106.3 ton asfalt - beton verilmişdir. Təzəkənd avtomobil yolunun əsaslı təmiri zamanı 3100 metr olan 18170 kvatrat metr sahəyə asfalt –beton örtüyü salınmışdır. Kənddaxili avtomobil yollarında 13468 kvadrat metr sahəyə və qapı ağızlarına da asfalt-beton verilmişdir.
Şərur şəhər və Axaməd kənd daxili avtomobil yollarında 684 metr su kanalı qazılaraq daşınmış, 187 kub metr beton verilmişdir. Su keçidlərinə diametri 370 mm olan 24,5 metr və diametri 325 mm olan 20 metr metal boru quraşdırılmışdır.
2025-ci ilin sonuna Şərur şəhərində daxili avtomobil yollarının və Təzəkənd avtomobil yolunun əsaslı təmiri başa çatdırılmışdır. Şərur rayonunun Yuxarı Yaycı, kəndində daxili avtomobil yollarının əsaslı təmiri başa çatdırılmışdır. Şərur rayonunun Axaməd kəndində daxili avtomobil yollarının əsaslı təmiri davam etdirilmişdir. Şərur şəhərində avtovağzal binasının tikintisi başa çatdırılmışdır.
2025-ci ildə Şərur rayonunda avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 1601,5 min ton yük, 7569,5 min sərnişin daşınmışdır. 2024-cü illə müqayisədə yük daşınması 1,1 faiz, sərnişin daşınması 1,2 faiz artmışdır.
Energetika
Rayonun yaşayış məntəqələrinin və istehsal və qeyri- istehsal sahələrinin fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin etmək məqsədilə 2024-cü ildə Şərur Elektrik Şəbəkələri tərəfindən rayon üzrə 103 ədəd yeni elektrik dirəyi basdırılmış, 106 ədəd elektrik dirəyi bərpa edilmiş, 42 ədəd transformatorda təmir işləri görülmüş, 32 ədəd elektrik dirəyinə beton diblik verilmiş, 4 kilometr uzunluğunda müxtəlif ölçülü hava xətlərində bərpa işləri aparılmışdır. Elektrik xətlərində təhlükəsizliyin təmin edilməsi və keyfiyyətli enerji ötürülməsi üçün 1,5 kilometr uzunluğunda yararsiz hala düşmüş və calaqlı elektrik xətləri yenisi ilə əvəz olunmuş, bütün strukturlar üzrə 315 ədəd yeni elektrik sayğacı quraşdırılmışdır.
2025-ci ildə rayonun Cəlilkənd, Qorçulu, Alışar, Muğanlı, Xələc, Babəki, Ərəbyengicə kəndlərində 0,4 kilovoltluq elektrik xətlərinin “SİP” markalı izolyasiyalı kabellərlə əvəz olunması işləri aparılmış, Cəlilkənd, Qorçulu, Alışar, Muğanlı, Xələc, Babəki, Ərəbyengicə kəndlərində elektrik xətləri tam olaraq “SİP” markalı izolyasiyalı kabellərlə əvəz olunmuşdur. Rayonun 8 kəndində isə elektrik xətlərinin “SİP” markalı izolyasiyalı kabellərlə əvəz olunması işləri davam edir.
Rayonun elektrik təminatına 2025-ci ildə 78 milyon 588 min kilovat/saat elektrik enerjisi daxil olmuşdur. Daxil olan elektrik enerjisinin 71 milyon 146 min kilovat/saatı faydalı elektrik enerjisinə sərf edilmiş, 7 milyon 442 min kilovat/saat enerji itkisi olmuşdur. Dəyəri ödənilməli olan 71 milyon 146 min kilovat/saat elektrik enerjisinə 7 milyon 624 min manat enerji pulu yığılmışdır ki, bu da işlədilən elektirik enerjisinin 100 faizini təşkil etmişdir. Vəsaitin 2 milyon 311 min 900 manatı əhalidən, 5 milyon 312 min 100 manatı isə qeyri əhalidən yığılmışdır. Şərur rayonu üzrə informasiya və rabitə xidmətlərinin dəyəri 818 min 800 manat olmuşdur ki, bu da 2024- cü illə müqayisədə 34,1 faiz azdır.
Sahibkarlıq fəaliyyəti ,məşğulluq və yeni iş yerləri
Şərur rayonunda iqtisadiyyatın aparıcı qüvvəsi sayılan sahibkarlığın inkişafı istiqamətində də ardıcıl tədbirlər həyata keçirilmiş, hesabat dövründə 1054 təsərrüfat subyekti qeydiyyata alınmışdır ki, bunların da 33-ü hüquqi şəxslər, 1021-i isə fiziki şəxslərdir. Yeni sahibkarlıq subyektlərinin yaradılması yeni iş yerlərinin açılmasında, əhalinin məşğulluğunun təmin olunmasında mühüm rol oynayır. Belə ki, 2025- ci ildə Şərur rayonunda 28 yeni iş yeri açılmışdır. Açılmış iş yerlərinin 12-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 16-ı isə mövcud müəssisə və təşkilatlarda olmuşdur.
Yeni açılmış iş yerlərinin müxtəlif təşkilatlar üzrə bölgüsü
|
Açılmış iş yerlərinin müxtəlif təşkilatlar üzrə bölgüsü |
2025-ci il |
Cəmi |
|||
|
I rüb |
II rüb |
III rüb |
IV rüb |
||
|
Açılmış iş yerlərinin sayı, cəmi |
17 |
8 |
2 |
1 |
28 |
|
o cümlədən |
|
|
|
|
|
|
yeni yaradılmış müəssisə və təşkilatlarda |
11 |
- |
- |
1 |
12 |
|
mövcud müəssisə və təşkilatlarda |
6 |
8 |
2 |
- |
16 |
|
fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda |
- |
- |
- |
- |
- |
|
digər tədbirlər üzrə (müxtəlif beynəlxalq və yerli layihələr, abadlıq işləri və s.) |
- |
- |
- |
- |
- |
Yeni yaradılmış iş yerlərinin strukturu
Pərakəndə ticarət dövriyyəsi və ödənişli xidmətlər
2025-ci ildə Şərur rayonunda əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi 3,9 faiz artaraq 276 milyon 700 manat təşkil etmişdir. İctimai iaşə dövriyyəsi 10 millyon 958 min 300 manat təşkil etmişdir ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,0 faiz çoxdur. 2025-ci ildə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,4 faiz artaraq 45 milyon 255 min 600 manat təşkil etmişdir.
Şərur rayonunda 2025-ci ildə pərakəndə ticarət, ictimai iaşə dövriyyələri və əhaliyə göstərilən ödənişli xidmətlər aşağıdakı cədvəldə öz əksini tapmışdır:
|
Göstəricinin adı |
2025-ci il min manat |
2024-cü ilə nisbətən, faizlə |
|
Pərakəndə ticarət dövriyyəsi, min manat |
276 000,7 |
103,9 |
|
İctimai iaşə dövriyyəsi, min manat |
10 958,3 |
102,0 |
|
Əhaliyə göstərilən ödənişli xidmətlər, min manat |
45 255,6 |
100,4 |
Mədəniyyət
Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi və milli dəyərlərimizin təbliği, onun daha da zənginləşdirilərək gələcək nəsillərə ötürülməsi istiqamətində də zəruri tədbirlər həyata keçirilmişdir. Belə ki, rayonun Mahmudkənd və Yengicə kəndlərinin hər birində bir “Şəhid” bulağının tikintisi başa çatdırılmışdır. Xanlıqlar kəndində məsçidin tikintisi davam etdirilmişdir.
Demoqrafik vəziyyət
Əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi öz növbəsində demoqrafik vəziyyətə də müsbət təsir göstərmiş, əhalinin sayı 1 dekabr 2025-ci il tarixə 114034 nəfər olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 436 nəfər və ya 1,0 faiz çoxdur. 1 dekabr 2025-ci il tarixə rayonda 883 körpə dünyaya gəlmiş, 520 nəfər vəfat etmişdir. Daimi yaşamaq üçün 89 nəfər qeydiyyata alınmış, 40 nəfər isə köçüb digər bölgələrə getmişdir. Bu dövrdə bağlanan nikahların sayı 540 , boşanmaların sayı isə 201 ədəd olmuşdur.
Əsas demoqrafik göstəricilər
|
Sıra sayı |
Göstəricilər |
2025-ci ilin yanvar-dekabr ayları, nəfər |
|
1 |
Əhalinin sayı 1.1.2026-cı il tarixə,min nəfər |
114,0 |
|
2 |
Ümumi artım |
412 |
|
3 |
Təbii artım |
363 |
|
4 |
Doğulanlar |
883 |
|
5 |
Ölənlər |
520 |
|
5.1 |
o, cümlədən 1 yaşa qədər uşaqlar |
6 |
|
6 |
Gələnlər |
89 |
|
7 |
Gedənlər |
40 |
|
8 |
Nikahlar |
540 |
|
9 |
Boşanmalar |
201 |
Aparılan təhlillər onu deməyə əsas verir ki, rayonun iqtisadi və sosial həyatı uğurlar və nailiyyətlərlə zəngin olmuş, əhalinin yaşayış səviyyəsi yüksəlmiş, davamlı inkişaf qorunub saxlanmışdır.